Boks yığmamız mövqeyini qoruyub

 Boks yığmamız mövqeyini qoruyub
# 16 oktyabr 2015 10:28 (UTC +04:00)

Bakı – APA. Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatının medallarına 18 ölkə boksçusu sahib çıxıb. Apasport.az saytının məlumatına görə, 73 ölkədən 260 idmançının qatıldığı mundialda 40 mükafatdan 4-ü Azərbaycan millisinin payına düşüb.

Yarışın “qızılları” 6 ölkə arasında bölünüb. Mundialda himni səslənənlər arasında Azərbaycan millisi də yer alıb. Medal sayına görə Dohada tarixinin ən yaxşı nəticəsini qazanan yığmamız yarışda dünyanın aparıcı ölkələrini qabaqlayıb. Komandamızın liderlərindən Elvin Məmişzadənin (52 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxması Özbəkistan, Qazaxıstan, Ukrayna və Çin kimi aparıcı boks ölkələrinin həsədinə səbəb olub.

Ölkəmiz medal əyarında olduğu kimi, sayında da bir çox yığmalar üçün nümunə olub. Belə ki, Albert Səlimovun (60 kq) gümüş, Pərviz Bağırovla (69 kq) Abdulqədir Abdullayevin (91 kq) bürünc medal qazanması mükafatlarımızın sayını 4-ə çatdırıb. Bu isə yekun medal siyahısında Rusiya ilə eyni gücdə olmağımızı ortaya qoyub. Cədvəldə ikinci olan şimal qonşularımız yalnız medalların əyarında millimizi qabaqlayıb. İlk “üçlüyü” Azərbaycanın qapadığı siyahıda Kuba yenidən liderliyə qayıdıb.

Ümumilikdə finalda 8 ölkənin boksçuları mübarizə aparıblar. Əgər onlardan 6-sı çempion olubsa, ikisi “qızıl”ın bir addımlığında büdrəyib. Bu “səkkizliyə” bürünc medal qazanan 10 ölkə də qoşulduğu halda 55 yığma fəxri kürsüyə “buraxılmayıb”. Onlar arasında Türkiyə, Almaniya, İtaliya kimi lider ölkələr də var.

Qeyd edək ki, 2013-cü ildə Almatıda keçirilən dünya çempionatında da Azərbaycan medal sayında 3-cü olmuşdu. Həmin vaxt 2 qızıl və 1 bürünc mükafat qazanan yığmamız Qazaxıstan (4-2-2) və Kubadan (2-2-1) geri qalmışdı.

Dohada keçirilən dünya çempionatında medal qazanan ölkələr

N

Ölkə

Qızıl

Gümüş

Bürünc

Cəmi

1

Kuba

4

2

1

7

2

Rusiya

2

1

1

4

3

Azərbaycan

1

1

2

4

4

İrlandiya

1

1

1

3

5

Fransa

1

0

0

1

6

Mərakeş

1

0

0

1

7

Özbəkistan

0

3

3

6

8

Qazaxıstan

0

2

0

2

9

Çin

0

0

2

2

10

Ukrayna

0

0

2

2

11-18

Əlcəzair

0

0

1

1

Belarus

0

0

1

1

Braziliya

0

0

1

1

Misir

0

0

1

1

Filippin

0

0

1

1

Hindistan

0

0

1

1

Böyük Britaniya

0

0

1

1

Tailand

0

0

1

1

CƏMİ

10

10

20

40

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR