Ermənistanın yeni baş naziri məlum olub

Ermənistanın yeni baş naziri məlum olub
# 13 sentyabr 2016 09:28 (UTC +04:00)

Bakı - APA. Ermənistanda yeni baş nazir təyin edilib.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, prezident Serj Sarkisyan Karen Karapetyanın baş nazir təyin olunması haqqında fərman imzalayıb.

Qeyd edək ki, K. Karapetyan 1963-cü ildə Azərbaycanda - Xankəndi şəhərində doğulub. 2010-2011-ci illərdə İrəvanın meri olub. "Qazprombank"ın 1-ci vitse-prezidenti postu da daxil olmaqla, "Qazprom"un strukturlarında yüksək vəzifələrdə çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR