Avropa Siyasət Mərkəzi: Avropa İttifaqı Qarabağla bağlı diplomatik səylərin bir parçası olmalıdır

Avropa Siyasət Mərkəzi: Avropa İttifaqı Qarabağla bağlı diplomatik səylərin bir parçası olmalıdır
# 07 aprel 2016 16:51 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Federika Mogerini martda Cənubi Qafqaza səfər edəndə Dağlıq Qarabağın Avropa İttifaqı üçün əsas prioritetlərdən olduğunu demişdi. Halbuki, faktlar Mogerininin sözləri ilə üst-üstə düşmür. Ötən həftə münaqişə zonasında hərbi əməliyyatlar başlayarkən Aİ Ermənistan və Azərbaycan rəhbərlərini təmkin göstərməyə çağıran ötəri telefon zəngindən başqa passiv müşahidəçi olaraq qaldı. Eskalasiya sübut etdi ki, təmas xəttində vəziyyət necə sürətlə və təhlükəli formada inkişaf edə bilər. Əgər diplomatik səylər nəticə verməsə, hadisələrin təkrarlanması ehtimalı artacaq”.

APA-nın xəbərinə görə, bu barədə Avropa Siyasət Mərkəzi adlı beyin mərkəzinin “Avropa İttifaqı Qarabağ münaqişəsində passiv müşahidəçi kimi qala bilməz” başlıqlı yazısında bildirilir.

Yazının müəllifləri Dennis Summit və Amanda Pol qeyd ediblər ki, Avropa İttifaqı yenilənmiş diplomatik səylərin bir parçası olmalıdır. Müəlliflər son hadisələr fonunda iki müsbət hadisənin baş verdiyini diqəqətə çatdırıblar: “Birincisi, bütün Minsk Qrupu cəld şəkildə müzakirələrə cəlb edildi və uzun illər ərzində ilk dəfə birgə bəyanatla çıxış etdilər. Minsk Qrupunun tam şəkildə yeni rolu alqışlanmalıdır. İkincisi, Daimi Şuranın iclasını çağıran Almaniyanın ATƏT-ə fəal sədrliyi qeyd edilməlidir. Bu kiçik addımlar presedent yaradıb. Format olduğu kimi qalmaqda davam etsə də, bu addımlar çox şeyin dəyişdiyini göstərir”.

Yazıda qeyd edilir ki, bu münaiqşə Avropa İttifaqının birbaşa nəzarətində olmalıdır: “Avropa İttifaqı Minsk Qrupu tərkibində rəsmən təmsil olunmağı tələb etməli, Qarabağ münaqişəsi Aİ-nin Ermənistan və Azərbaycanla siyasi dialoqunda vacib yer tutmalı, Bakı və İrəvandakı nümayəndəliklərə hərbi attaşelər təyin edilməli və təşkilat digər maraqlı tərəflər - Rusiya, Türkiyə, İran kimi regional aktorlarla işləməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR