Ermənilər yaralıları daşıyan tibbi yardım maşınını atəşə tutublar

Ermənilər yaralıları daşıyan tibbi yardım maşınını atəşə tutublar
# 07 aprel 2016 10:34 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev bildirib ki, aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində düşmən tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyə edən sanitar tibb maşını atəşə tutulub. Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Ermənilər tərəfindən törədilmiş bu hadisə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR