Belarus müdafiə naziri: “Azərbaycan Cənubi Qafqazda güvəndiyimiz dost ölkədir”

Belarus müdafiə naziri: “Azərbaycan Cənubi Qafqazda güvəndiyimiz dost ölkədir”
# 26 sentyabr 2016 17:49 (UTC +04:00)

Bakı – APA. “Azərbaycan Cənubi Qafqazda Belarusun güvəndiyi dost ölkədir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə Belarusun müdafiə naziri Andrey Ravkov deyib.

O, Aleksandr Lukaşenkonun daim söylədiyi sözləri xatırlayaraq bildirib ki, Azərbaycan Cənubi Qafqazda Belarusun güvəndiyi dost ölkədir, Belarus isə Azərbaycan üçün Avropanın mərkəzində etibarlı dost və dayaq ola biləcək ölkədir. Ölkəsinin çətin bir dövründə Azərbaycanın Belarusa dəstək verdiyini vurğulayan A. Ravkov buna görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR