Kolumbiya hökumət ilə üsyançılar arasında sülh sazişi imzalanıb

Kolumbiya hökumət ilə üsyançılar arasında sülh sazişi imzalanıb
# 27 sentyabr 2016 01:19 (UTC +04:00)

Bakı-APA. Kartahena şəhərində Kolumbiya hökuməti və "Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) təşkilatı arasında tarixi sülh sazişi imzalanıb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, hökumət və FARC Kolumbiyada münaqişəyə son qoyulması, sabit və uzunmüddətli sülhün bərqərar olması naminə yekun razılığa gəliblər.

Solçu radikal FARC qruplaşması təxminən 50 ildir Kolumbiya hökumətinə qarşı silahlı mübarizə aparırdı.

Qeyd edək ki, ABŞ FARC-ı terrorçu təşkilatlar siyahısına daxil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR