Yanvarda DSMF tərəfindən əlavə olaraq 10 514 sığortaolunana fərdi şəxsi hesab açılıb

Yanvarda DSMF tərəfindən əlavə olaraq 10 514 sığortaolunana fərdi şəxsi hesab açılıb
# 08 fevral 2016 06:52 (UTC +04:00)

Bakı - APA-Economics. 2016-cı il fevral ayının 1-ə olan statistikaya əsasən, yanvar ayı ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən əlavə olaraq 10 514 sığortaolunana fərdi şəxsi hesab açılıb.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumata görə, cari ilin əvvəli ilə müqayisədə DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 0,33% artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 190 668 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,22%-i (1 889 443 nəfər) kişi, 40,78%-i (1 301 225 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 25,11%-i (801 289 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,01%-i (670 334 nəfər) 30 yaşa kimi olan şəxslər, 21,16%-i (675 057 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 20,38%-i (650 127 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 12,34%-i (393 861) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR