Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adlar verilib
# 24 iyun 2016 16:50 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, Silahlı Qüvvələrdə tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında və mənəvi-psixoloji hazırlığının yüksəldilməsində fədakar əməyinə, Azərbaycanda təhsilin və mətbuatın inkişafında xidmətinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

“Əməkdar həkim” - Əlləzov Çingiz Bayram oğlu – tibb xidməti polkovniki

“Əməkdar müəllim” - Məmmədova Nərgiz Qədir qızı

“Əməkdar jurnalist” - Hüseynov Rəşid Məmməd oğlu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR