Sabah Naxçıvan Ali Məclisinə əlavə seçkilər keçiriləcək

Sabah Naxçıvan Ali Məclisinə əlavə seçkilər keçiriləcək
# 05 avqust 2016 08:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Sabah Naxçıvan Muxtar Respublikası Ali Məclisinə əlavə seçkilər keçiriləcək.

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 7 iyun 2016-cı il tarixli sərəncamına əsasən, 45 saylı Aza seçki dairəsi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə avqustun 6-na əlavə seçkilər təyin edilib.

Qeyd edək ki, 1 noyabr 2015-ci ildə Naxçıvan Ali Məclisinə keçirilən seçkilərdə İlhamə Mustafayeva 45 saylı Aza Seçki Dairəsindən deputat seçilib. İ. Mustafayeva Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasına ərizə ilə müraciət edərək deputat mandatından imtina edib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 7 dekabr 2015-ci il tarixli sərəncamı ilə İ. Mustafayeva Naxçıvan Tibb Kollecinin direktoru vəzifəsindən də azad olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR