Azərbaycan istehsalı olan silahlar beynəlxalq sərgidə nümayiş etdirilir

Azərbaycan istehsalı olan silahlar beynəlxalq sərgidə nümayiş etdirilir
# 18 aprel 2016 10:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Aprelin 18-də Müdafiə Sənayesi Nazirliyinin də təmsil olunduğu “DSA-2016” XV Asiya müdafiə xidmətləri sərgisinin rəsmi açılışı olub.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.

Dünyanın ən böyük 5 müdafiə sərgisindən biri olan “DSA-2016”da Müdafiə Sənayesi Nazirliyi müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, zirehli texnikalar, müxtəlif çaplı aviasiya bombaları, pilotsuz uçuş aparatları, atıcı silahlar üçün müxtəlif növ döyüş sursatları, kiçik çaplı avtomatik tapançalar üçün döyüş sursatları, optik cihazlar və s. olmaqla, 220 adda müdafiə təyinatlı məmulat nümayiş etdirir.

Sərgidə Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları tərəfindən tədbirə qatılan digər ölkələrin nümayəndə heyətlərinə sentyabrda Bakıda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sərgisi ilə bağlı məlumatlar verilir və dəvətlər çatdırılır. Aprelin 21-dək davam edəcək sərgidə nazir Yavər Camalovun Malayziyanın və sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR