Hacıqabulda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

 Hacıqabulda piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 22 sentyabr 2016 07:50 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabulda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Nəvahi kəndi ərazisindən keçən hissəsində baş verib. “Kia” markalı avtomobil yolu keçən piyada 25 yaşlı Məmmədov Elşən Məmməd oğlunu vurub. Sürücü xəsarət alan 25 yaşlı oğlanı Şirvan şəhər Xəstəxanasına apararkən o, yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR