"Kapital Bank" 8 mart münasibətilə xanımlara güzəşt edir

"Kapital Bank" 8 mart münasibətilə xanımlara güzəşt edir
# 01 mart 2016 09:09 (UTC +04:00)

Bakı - APA-Economics. "Kapital Bank" qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlar üçün gündəlik tələbat kreditləri üzrə komissiya haqqını ləğv edib.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, 1-7 mart tarixləri ərzində "Kapital Bankdan" "Gündəlik tələbat" kredit növü üzrə rəsmiləşdirilən kreditlərə görə, xanımlar heç bir əlavə xərc ödəməyəcəklər. "Kapital Bank"dan maaş və ya pensiya alan xanım müştərilər bu güzəştli kampaniyadan faydalana bilərlər.

Faktiki illik faiz dərəcəsi (FİFD) 19,73%-dən başlayan "Gündəlik tələbat" krediti 36 ay müddətinədək verilir. Kreditin maksimal məbləği 15 min manat təşkil edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 89 filialı və 4 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın müştəriləri kredit ödənişlərini Kapital Bankın filiallarında, pay.kapitalbank.az saytında və müxtəlif terminallar vasitəsilə həyata keçirə bilərlər. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR