BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi: “Dünyanın taleyini dəyişməliyik”

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi: “Dünyanın taleyini dəyişməliyik”
# 26 aprel 2016 13:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Zorakı ekstremizm ümumbəşəri bir problemdir, ona görə də Sivilizasiyalar Alyansı bu məsələyə xüsusi diqqət ayırır”.


APA-nın məlumatına görə, bunu Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser deyib. O bildirib ki, alyans gələcəkdə də fəaliyyət planı çərçivəsində təhsilə, gənclərə xüsusi önəm verəcək: “Qlobal risklərə qarşı əməkdaşlığın gücləndirilməsi böyük əhəmiyyət daşıyır. BMT-nin 2030 Dayanıqlı İnkişaf Proqramında da bu məsələlər xüsusi yer alıb. Biz dünən gənclərin müdrik fikirlərini dinlədik. Eləcə də terrorizmə qarşı mübarizədə ən mühüm vasitələrdən biri icmalar arasında əməkdaşlığı, etimadı bərpa etməkdir. 2015-ci ilin dekabrından zorakı ekstremizmə qarşı mübarizə kampaniyasına sosial şəbəkələrdə milyonlarla insan qoşulub. Gənclik uğurlarımızın kökündə durur. Dünyanın taleyini dəyişməli və dəqiq şəkildə prioritetləri müəyyənləşdirib, yeni təşəbbüslər icra etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR