İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndərilib

İlhamə Quliyevanın köməkçisinin cinayət işi məhkəməyə göndərilib
# 30 iyul 2016 09:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynova barəsində olan cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bu barədə APA-ya M. Hüseynovanın vəkili Vasif Mirzəyev deyib.

Onun sözlərinə görə, hələlik məhkəmənin vaxtı məlum deyil.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180.3.2-ci (külli miqdarda soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva bu il fevralın 25-də dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR