Sabirabadda ev, Qobustanda kombayn yanıb

Sabirabadda ev, Qobustanda kombayn yanıb
# 09 avqust 2016 07:17 (UTC +04:00)

Bakı - APA. Qobustan rayonunun Cəmcəmli kəndində vətəndaşa məxsus "NİVA" markalı kombaynın arxa təkərləri və bələdiyyəyə məxsus ərazidə 90 ha sahədə kol-kos yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, kombaynın qalan hissələri və yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sabirabad rayonunun Yaxa Dəllək kəndində isə vətəndaşa məxsus, ümumi sahəsi 130 kv/m olan birmərtəbəli, üç otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR