Azərbaycanın dövlət başçısı Filippinin yeni prezidentini təbrik edib

Azərbaycanın dövlət başçısı Filippinin yeni prezidentini təbrik edib
# 30 iyun 2016 14:43 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Rodriqo Duterteni Filippin prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Hörmətli cənab prezident, Filippin Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycanla Filippin arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR