Yevlaxda mənzilə basqın etməkdə şübhəli bilinən şəxslər tutulub

Yevlaxda mənzilə basqın  etməkdə şübhəli bilinən şəxslər tutulub
# 21 noyabr 2015 10:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Yevlaxda mənzilə basqın etməkdə şübhəli bilinən şəxslər tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Yevlax rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 18-də rayon sakini Ruslan Abdullayevə bıçaqla xəsarət yetirmiş həmyerlisi Elgün Cəfərzadə tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerliləri Nadir Babayev, Çingiz Mahmudov və Elvin Şahverdiyevlə birgə noyabrın 18-də Nazlı Bayramovanın yaşadığı evə açıq qalmış qapıdan girib onu bıçaqla hədələyərək əl-ayağını və ağzını yapışqanlı lentlə bağlayıb oradan 800 manat və qızıl əşyalar aparması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri ilə N.Babayev və Ç.Mahmudov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR