DSMF fəaliyyətini elektron xidmətlər əsasında daha da genişləndirib

DSMF fəaliyyətini elektron xidmətlər əsasında daha da genişləndirib
# 16 fevral 2016 07:23 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2015-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) struktur bölmələri tərəfindən etik davranış qaydalarına riayət olunması vəziyyəti dövri olaraq müzakirə edilib və bu sahədə konkret tədbirlər görülüb.

Fondun ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, dövlət qulluqçularının qeyri-etik davranışı ilə bağlı ərizə və şikayətlər üzrə araşdırmaların aparılması qanunvericiliyə uyğun olaraq həyata keçirilməklə, müraciətlərə baxılması operativ və qısa müddət ərzində təmin olunub və dövri olaraq izlənilib.

Bundan əlavə, təsdiq olunmuş qrafikə əsasən fondun rəhbərliyi və şöbə müdirlərinin qəbul günləri müəyyənləşdirilib və bu barədə xüsusi məlumatlandırma lövhəsi qurulub.

2015-ci il ərzində bilavasitə DSMF-nin rəhbərliyi tərəfindən 407 vətəndaş, o cümlədən regionlarda 326 vətəndaş qəbul edilərək onların müraciətlərinə baxılıb.

Müraciətlərlə iş sahəsində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri olan vətəndaşların informasiya ilə təmin olunması və məlumatlandırılması məqsədilə əhatəli təbliğat işləri aparılıb, bu sahədə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunub. Fondun internet səhifəsinin təkmilləşdirilməsi, məlumatların mütəmadi yenilənməsi davam etdirilib. Vətəndaşların narazılığına səbəb olacaq halların aradan qaldırılması məqsədilə başlıca vasitə kimi fəaliyyətin elektron xidmətlər əsasında təşkili daha da genişləndirilib. Vətəndaşlarla işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi nəticəsində fondun aparatına vətəndaşlardan daxil olan müraciətlərin sayı 2014-cü illə müqayisədə 26% azalıb.

Ötən il DSMF tərəfindən kadrların ixtisas səviyyəsinin təkmilləşdirilməsi kurslarının tədris planı çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birgə etik davranış məsələləri üzrə tədris və treninqlər ardıcıl şəkildə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR