Göygöl rayonunun 3 kəndinin qaz təchizatı məhdudlaşdırılır

Göygöl rayonunun 3 kəndinin qaz təchizatı məhdudlaşdırılır
# 16 dekabr 2015 14:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Qazax magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, sabah dekabrın 17-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin ''Gəncə Körpü Tikinti-2'' qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Göy-Göl rayonunun Qırxılı, Cümşüdlü və Balçılı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR