Bakı sakininə qarşı külli miqdarda dələduzluq edən şəxs tutulub

Bakı sakininə qarşı külli miqdarda dələduzluq edən şəxs tutulub
# 20 iyun 2016 10:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakı sakininə qarşı dələduzluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cari ilin mart ayında Şəki şəhərində Bakı şəhər sakini İlqar Əliyev həmyerlisi İlqar Cəbiyevi aldadıb ondan 42 000 manat dəyərində inşaat materialları alıb.

Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əliyev tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR