Tarif Şurası daha 1427 dərman vasitəsinin qiymətini təsdiqləyib

Tarif Şurası daha 1427 dərman vasitəsinin qiymətini təsdiqləyib
# 05 aprel 2016 16:47 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Şuradan APA-ya verilən xəbərə görə, iclasda daha 1427 dərman vasitəsinin qiyməti təsdiqlənib.

Ümumilikdə, indiyədək Şura tərəfindən dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla 7075 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti təsdiq edilib. Bu, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin 77%-ni təşkil edir. Bunlardan 5741 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə artıq satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1334 dərman vasitəsinin yeni qiymətləri isə iyunun 1-dən qüvvəyə minəcəkr.

Həyata keçirilən siyasətə uyğun olaraq, qiymətləri yeni tənzimlənmiş 1427 dərman vasitəsinin də qiymətləri əhəmiyyətli dərəcədə aşağı salınıb, 26%-nin qiyməti mövcud qiymətlərlə müqayisədə 2 dəfədən çox, 11%-nin qiyməti 3 dəfədən çox, ümumilikdə 90%-nin qiymətləri endirilib.

Qiymət tənzimlənməsi aparılmamış təsiredici maddələr üzrə dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün Şura tərəfindən sənədlərin (bəyannamələrin) qəbulu üçün son tarix cari ilin aprel ayının 22-si müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR