Kayseridə azərbaycanlı alimin kitabının təqdimatı keçirilib

Kayseridə azərbaycanlı alimin kitabının təqdimatı keçirilib
# 21 noyabr 2015 14:55 (UTC +04:00)

Bakı - APA. Azərbaycanlı alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, Kayseridəki Ərciyəz universitetinin dosenti Qafar Çaxmaqlının “Ermənicə qaynaqlarda erməni cinayətləri” adlı kitabının təqdimatı olub.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi verdiyi kitabı, Qafar Çaxmaqlının sədri olduğu Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası çap edib.

Kitabda ermənilərin birgə yaşadıqları cəmiyyətlərin etnik və dini cəhətdən fərqli nümayəndələrinə və vətəndaşı olduqları dövlətlərə etdikləri xəyanətlər arxivlərdən, qəzet və jurnal səhifələrindən toplanmış materiallar və ermənicə mənbələrdən əldə edilmiş faktlar əsasında ətraflı təhlil edilib. Ermənilərin Şərqi Anadoluda və Cənubi Qafqazda tarix boyu həyata keçirdikləri cinayətlərin ifşası kitabln yazılmasının əsas qayəsini təşkil edib. XİX əsrin ikinci yarısından başlayaraq imperilasit qüvvələrinin Türk millətinə qarşı istifadə aləti kimi ortaya çıxmış erməni milliyyətçiliyinin məhsulları olan Daşnak və Hınçak təşkilatlarının Osmanlı imperiyasının müxtəlif bölgələrində və Cənubi Qafqazda törətdikləri terror aksiyalarına və cinayətlərə dair tarixi faktlar da ilk dəfə Qafar Çaxmaqlının “Ermənicə qaynaqlarda erməni cinayətləri” kıtabında oxuculara təqdim edilib.

Kitabın Kayseridəki təqdimatından sonra Q. Çaxmaqlı APA-ya bildirib ki, kitabdakı mənbələrin önəmli qismi ermənicədir, onları əldə etmək asan olmayıb, ermənilər o mənbələri daima oxuculardan gizləməyə çalışırlar. Bundan sonrakı mərhələdə kitabın ikinci hissəsini yazacağını deyən dosent erməni böhtanlarına qarşı Türkiyənin və Azərbaycanın apardığı haqlı mübarizədə kitabda əks etdirdiyi mənbələrin həlledici rol oynayacağını vurğulayıb. Q. Çaxmaqlı kitabın qısa müddətdə Türkcə və Qərb dillərində işıq üzü görəcəyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, azərbaycanlı alim 2011-ci ildən bəri Türkiyənin Kayseri şəhərindəki Ərciyəz universitetində dərs deyir. "Erməni məsələsi" ilə bağlı qısa müddətdə Türk dilində önəmli kitablar çap etdirən Qafar Çaxmaqlı bu sahədə Türkiyənin aparıcı alimləri sırasına daxil olmağı bacarıb. Q, Çaxmaqlının araşdırmaları qondarma erməni iddialarına qarşı mübarizədə Türkiyənin dövlət dairələri üçün də böyük əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR