Bakıda kürəkən qayınanasını döyüb, qaynını bıçaqlayıb

Bakıda kürəkən qayınanasını döyüb, qaynını bıçaqlayıb
# 04 aprel 2016 09:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda kürəkən qayınanasını döyüb, qaynını bıçaqlayıb.

Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Rəfiqə Həsənovanın yaşadığı evə gələn keçmiş kürəkəni, 1985-ci il təvəllüdlü Rövşən Əhədov münaqişə zəminində onu döyüb və oğlu Vitalik Həsənova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR