BMT-nin sabiq baş katibi Butros Butros-Qali vəfat edib

BMT-nin sabiq baş katibi Butros Butros-Qali vəfat edib
# 16 fevral 2016 17:44 (UTC +04:00)

Bakı-APA. BMT-nin sabiq baş katibi Butros Butros-Qali 94 yaşında vəfat edib.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT Təhlükəsizlik Şurasına Venesuelanın BMT-dəki daimi nümayəndəsi, BMT Təhlükəsizlik Şurasının prezidenti Rafael Dario Ramires bildirib.

Butros Butros-Qalinin ölüm səbəbi hələlik məlum deyil.

BMT-nin sabiq baş katibinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR