İranda Qulu Məhərrəmlinin kitabı çap olunub

İranda Qulu Məhərrəmlinin kitabı çap olunub
# 28 mart 2016 10:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Tehranın “Nağm-eyi zendegi” nəşriyyatı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin “Ekran və ədəbi dil” kitabını çapdan buraxıb.

Bu barədə APA-ya Q. Məhərrəmli özü məlumat verib. O bildirib ki, kitab yazılı və şifahi mətbuatda Azərbaycan ədəbi dilinin düzgün tətbiqi qaydalarından bəhs edir: “Daha çox televiziya və radio verilişlərində ədəbi tələffüz məsələlərini önə çəkən əsər İranda Azərbaycan dilində yayım aparan teleradio kanallarının əməkdaşlarına kömək məqsədilə yazılıb. İranlı həmkarlarımıza kömək məqsədilə neçə il əvvəl eyni adda belə bir vəsait hazırlamışdım. Həmin vəsaitin işə yaradığını görüb üzərində yenidən işləyib təkmilləşdirdim. Hazırda nəşr olunan “Ekran və ədəbi dil” əsəri həmin kitabın yenidən işlənmiş nəşridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR