MN: Hərbi hissələr sərinləşdirici avadanlıqlar və vasitələrlə təchiz edilir

MN: Hərbi hissələr sərinləşdirici avadanlıqlar və vasitələrlə təchiz edilir
# 23 iyul 2016 14:46 (UTC +04:00)

Bakı-APA. "İsti yay günlərində şəxsi heyətin, xüsusilə də gənc əsgərlərin sağlamlığının qorunması, rahatlığı və normal istirahət şəraitinin təmin olunması məqsədilə hərbi hissələr sərinləşdirici avadanlıqlar və vasitələrlə təchiz edilir".

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumatda qeyd olunub ki, görülən tədbirlər nəticəsində əsgər yataqxanaları, yeməkxanalar, digər inzibati binalar və poliqonlardakı sinif otaqlarında müasir tipli kondisionerlər quraşdırılıb. Eyni zamanda şəxsi heyətin günəş şüalarından daldalanması üçün hərbi hissələrin ərazisində müvəqqəti kölgəliklər və su duşları quraşdırılıb, hərbi qulluqçular qablaşdırılmış içməli su ilə daim təmin olunurlar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR