ABŞ-da hərbi bazaya silahlı hücum barədə həyəcan siqnalı verilib

ABŞ-da hərbi bazaya silahlı hücum barədə həyəcan siqnalı verilib
# 30 iyun 2016 16:10 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığında yerləşən "Joint Base Andrews" hərbi bazasında silahlı hücum təhlükəsi ilə bağlı həyəcan siqnalı verilib.

APA-nın xəbərinə görə, həyəcan siqnalından sonra bazaya giriş-çıxışlar bağlanıb. Lakin bir qədər sonra hər hansı silahlı hücumun baş vermədiyi və təlim məqsədilə həyəcan siqnalı verildiyi açıqlanıb.

Qeyd edək ki, ABŞ prezidentlərini daşıyan "Air Force One" təyyarəsi məhz "Joint Base Andrews" bazasında dayanır. Hərbi baza Ağ Evin 24 kilometrliyində yerləşir. Bazanın ərazisində qolf meydançası da var və prezident Obama orada qolf oynayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR