Qaraçöpdə şəhid olan Azərbaycan hərbçiləri anılıb

Qaraçöpdə şəhid olan Azərbaycan hərbçiləri anılıb
# 16 aprel 2016 21:13 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün azərbaycanlıların kompakt yaşadığı Saqareço rayonunun Qaraçöp kəndində Ağsaqqallar Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində aprelin əvvəlində baş vermiş gərginlik zamanı qəhrəmancasına həlak olan Azərbaycan şəhidləri anılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Qaraçöp Ağsaqqallar Cəmiyyətinin sədri Ağabala Xeyirxəbərov açaraq son günlər təmas xəttində baş verən döyüşlərdə Azərbaycan Ordusunun gücündən və hərbçilərimizin qəhrəmanlğından, Gürcüstanda yaşayan soydaşlarımızın həmişə Azərbaycanı dəstəklədiyindən söhbət açıb. Tədbirdə şəhid olan Azərbaycan hərbçiləri bir dəqiqəlik sükutla yad edilib. Sonra Qurandan ayələr oxunub, dualar edilib.

Tədbirdə Azərbaycan səfirliyinin, Gürcüstan parlamentinin, Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan nümayəndəliyinin, Gürcüstan Azərbaycanlı Ağsaqqallar Cəmiyyətinin, Mülki İnteqrasiya Fondunun, Gürcüstan Gənclərinin Maarifləndirmə Assosiasiyasının və Qaraçöp kənd icma üzvlərinin, ictimaiyyət nümayəndələrinin, Türkiyədən gələn Quran hafizlərinin, Keşəli kənd məscidinin imamı və digər din xadimlərin iştirak edib.

Anım mərasimində 150-dən çox kənd sakini və qonaqlar iştirak edib və sonda ehsan verilib, dualar oxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR