Azərbaycan prezidenti İlham Əliyev Raul Kastroya təbrik məktubu göndərib

Azərbaycan prezidenti İlham Əliyev Raul Kastroya təbrik məktubu göndərib
# 31 dekabr 2015 18:46 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının sədri Raul Kastro Rusa təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir: “Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına sülh və tərəqqi arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR