“Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinin İşçi Qrupu yaradılıb

“Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinin İşçi Qrupu yaradılıb
# 06 yanvar 2016 14:10 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinin Sədrlər Şurasının iclası keçirilib.

APA-nın məlumatına görə, iclasda mərkəzin işinin təşkili məsələləri müzakirə olunub, əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi ilə bağlı ümumi razılığa gəlinib, mərkəzin illik fəaliyyət proqramının hazırlanması ilə bağlı İşçi Qrup yaradılıb.

Sədrlər Şurası üzvləri arasında iş bölgüsü aparılıb. “Azadlıq” ölkədəki iqtisadi vəziyyət, müxalif düşərgənin fəaliyyətinin sistemləşdirilməsi məsələləri ətrafında da müzakirələr aparıb, uyğun qərarlar qəbul olunub.

Qeyd edək ki, mərkəzə Vətəndaş və İnkişaf Partiyası (VİP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Azadlıq Partiyası, Böyük Azərbaycan Partiyası (BAP) və Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR