Bakıda ərini öldürməkdə təqsirləndirilən qadın özünü təqsirli bilməyib

Bakıda ərini öldürməkdə təqsirləndirilən qadın özünü təqsirli bilməyib
# 30 avqust 2016 12:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Lalə Mahmudova və tanışı Sədi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi proses qapalı keçirilib. Hakim məhkəmə istintaqının başlandığını elan edib, prokuror ittiham aktını oxuyub. İttiham aktına münasibət bildirən L. Mahmudova özünü təqsirli bilmədiyini deyib. S. Məmmədov isə ifadəsində özünü qismən təqsirli bilib.

Proses sentyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Kamran Mahmudovun 26 sentyabr 2015-ci il tarixdə itkin düşüb. Müəyyən edilib ki, həmin tarixdə Bakı sakini Sədi Məmmədov tanışı Lalə Mahmudova ilə qabaqcadan əlbir olaraq, L. Mahmudovanın əri K.Mahmudovu odlu silahla öldürüblər. Onlar meyiti bıçaqla hissələrə bölərək özünə məxsus “BMW” markalı avtomobillə İsmayıllı rayonunda qardaşı Əli Məmmədova məxsus bağ evinin həyətində basdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR