DSMF-nin Şəki şöbəsindəki pozuntularla əlaqədar Baş Prokurorluğa müraciət edilib

DSMF-nin Şəki şöbəsindəki pozuntularla əlaqədar Baş Prokurorluğa müraciət edilib
# 20 sentyabr 2016 09:15 (UTC +04:00)

Bakı-APA. Hesablama Palatasının növbəti Kollegiya iclası keçirib.

APA-nın məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair nəzarət tədbiri müzakirə olunub. Hesablama Palatasının Kollegiyası şöbə tərəfindən əmək pensiyalarının, məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin təyin olunması və ödənilməsi zamanı ciddi maliyyə pozuntularına yol verilməsi, eyni zamanda, Şəki şəhər İcra Hakimiyyəti başçısının Şəki kəndindəki Nümayəndəliyi tərəfindən bir hal üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək hüquqi əsası və düzgün olmayan məlumatları əks etdirən, eləcə də əsaslılığı şübhə doğuran sənədlərin hazırlanması səbəbindən dövlətə zərər vurulması ehtimalını nəzərə alaraq müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR