Məhkəmə bankın icra hakimiyyətinə qarşı şikayətini təmin edib

 Məhkəmə bankın icra hakimiyyətinə qarşı şikayətini təmin edib
# 27 yanvar 2016 07:47 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində “Bank Tecnique” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinə qarşı şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin edib. Birinci instansiya məhkəməsinin qərarı ləğv edilib, iddia təmin olunub.

Qeyd edək ki, bank hərəkətlərin qanunsuz hesab edilməsi və dayandırılması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Qərardan narazı qalan bank apelyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR