Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi “Turizm həftəsi” elan edib

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi “Turizm həftəsi” elan edib
# 23 sentyabr 2016 09:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi 27 sentyabr Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edib.

İdarədən APA-ya verilən məlumata görə, “Turizm həftəsi” çərçivəsində Azərbaycanın xalçaçılıq incilərinin, milli sərvətlərin, tarixi abidələrin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, Milli Azərbaycan Tarixi Muzeyinə, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinə ekskursiya təşkil ediləcək.

İdarənin şəbəkəsinə daxil olan müəssisələr - kitabxanalar, mədəniyyət evləri və klublar, muzeylər, uşaq musiqi və incəsənət məktəbləri tərəfindən müxtəlif sərgilər, dəyirmi masalar, ekskursiyalar, “Açıq qapı” günləri təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR