Naxçıvanda minik maşını traktorla toqquşub, ölən var

Naxçıvanda minik maşını traktorla toqquşub, ölən var
# 14 iyul 2016 10:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Naxçıvanda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə iyulun 12-də saat 08 radələrində Kəngərli rayonunun Xok kəndində qeydə alınıb. Şərur rayon sakini Daşqın Heydərov idarə etdiyi “VAZ-21723” markalı avtomobili qarşıda gedən Kəngərli rayon sakini Saleh İsayevin idarə etdiyi “MTZ-80” markalı traktora vurub. Xəstəxanaya yerləşdirilən D.Heydərovun sərnişini, atası Şahgəldi Heydərov iyulun 13-də orada ölüb.


Faktla bağlı Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR