Azərbaycan ərazisində daha bir zəlzələ olub

Azərbaycan ərazisində daha bir zəlzələ olub
# 08 sentyabr 2016 00:44 (UTC +04:00)

Bakı– APA. Azərbaycanın şimal-qərb bölgəsində daha bir zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, zəlzələ bu gün saat 01.29-da Zaqatala rayonundan 19 km şimal-qərbdə, Balakən ərazisində qeydə alınıb.

Zəlzələ Balakən ərazisində 4,1 bal, ətraf rayonlarda isə 2-3 bala qədər hiss olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının verdiyi xəbərə görə, hər hansi bir dağıntı, fəsad baş verməyib. Zəlzələ zəif hiss olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR