Toyundan iki gün əvvəl itkin düşən Qəbələ sakininin sağ olduğu məlum olub - FOTO - VİDEO

Toyundan iki gün əvvəl itkin düşən Qəbələ sakininin sağ olduğu məlum olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 20 oktyabr 2015 14:20 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov - APA. Müəmmalı şəkildə itkin düşən Qəbələ rayon sakininin sağ olduğu məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Soltannuxa kənd sakini, 1984-cü il təvəllüdlü Hətəmov Ramil Əhməd oğlu oktyabrın 1-də yaşadığı evdən çıxaraq Qəbələ şəhərinə gedib və bir daha geri qayıtmayıb. Atası Əhməd Hətəmov APA-nın yerli bürosuna bildirib ki, Ramil Hətəmov bankomatdan pul götürmək və xarab olan mobil telefonunu düzəltdirmək üçün rayon mərkəzinə gedib və özünün toy mərasiminə hazırlıq üçün müəyyən işlər görəcəyini bildirib. Heç bir əqli və psixoloji problemi olmayan Ramil Hətəmovun itkin düşməsi barədə ailə üzvləri Qəbələ rayon Polis Şöbəsinə məlumat veriblər. İyirmi gündür ki, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən onun tapılması üçün axtarış tədbirləri görülsə də, hələ ki, bir nəticə əldə edilməyib.

Ailənin toya hazırlaşdığı bir vaxtda onun gözlənilmədən qaçıb gizlənməsi hamını şoka salıb.

Bu gün isə Hətəmovlar ailəsinə onun sağ olması barədə məlumat verilib. Əhməd Hətəmov deyib ki, ailənin yaxın qohumu oğlunu bu gün səhər saatlarında Bakı şəhərində, “Əhmədli” metrosunda gördüyünü bildirib. O, görüşmək üçün Ramilə yaxınlaşsa da, onun qaçaraq ərazini tərk etdiyini bildirib. Ə. Hətəmov oğlunun onu aldatdığını deyib: “Toydan sonra Bakıdakı evində yaşayacaqdı. Oğlum mənə dedi ki, neçə vaxtdır ki, guya Bakıdakı evdə təmir işləri görülüb, işlər başa çatdırılıb. Sonradan gedib gördüm ki, evdə heç bir təmir işləri görülməyib. Ailənin toy mərasiminə hazırlaşdığı bir vaxtda onun gözlənilmədən qaçıb gizlənməsi hamını şoka salıb”.

Ramilin qonşuları Saleh Ağadaşov və Şahin Əlifov da onun heç kimlə şəxsi probleminin olmadığını, sakit təbiətli bir insan olduğunu bildiriblər.

Ramil Hətəmovun toy mərasimi oktyabrın 3-nə təyin olunubmuş. Ötən ay isə onun nişanlısının toy mərasimi olub.

Əhməd Hətəmov oğlunun qazancının yaxşı olduğunu, heç kimə borcunun və heç kimlə şəxsi ədavətinin olmadığını bildirib.

Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR