Balakən sakini intihar edib

 Balakən sakini intihar edib
# 10 sentyabr 2016 08:17 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə intihar hadisəsi baş verib.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə sentyabrın 10-da, gecə saat 02:30 radələrində Balakən şəhəri, Bülbül küçəsi ev 3 ünvanında qeydə alınıb. Balakən şəhər sakini, 1991-ci il təvəllüdlü Tural Sabir oğlu Ramazanovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə ailə üzvləri tərəfindən aşkar edilib.


Faktla bağlı Balakən rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR