İraq hərbi təyyarələri əl-Faluca şəhərinə hava zərbələri endirib, 9 dinc sakin ölüb, 23-ü yaralanıb

İraq hərbi təyyarələri əl-Faluca şəhərinə hava zərbələri endirib, 9 dinc sakin ölüb, 23-ü yaralanıb
# 24 may 2016 00:36 (UTC +04:00)

Bakı-APA. İraq hərbi təyyarələri Ənbər vilayətinin əl-Faluca şəhərinə hava zərbələri endirib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə beşi uşaq, ikisi qadın olmaqla 9 dinc sakin ölüb, 23 nəfər yaralanıb.

Hadisə ilə əlaqədar İraq rəsmiləri tərəfindən hələ ki, heç bir şərh verilməyib.

Qeyd edək ki, mayın 23-də İraq Silahlı Qüvvələri əl-Faluca şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün genişmiqyaslı əməliyyata başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR