Təqsirləndirilən şəxs: “”Qızıl Məryəm”in qətlini bizə qızı sifariş vermişdi”

Təqsirləndirilən şəxs:  “”Qızıl Məryəm”in qətlini bizə qızı sifariş vermişdi”
# 30 sentyabr 2016 14:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasının qətlində təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən qapalı prosesdə təqsirləndirilən C.Əsgərov ifadə verib.

O, qətili digər təqsirləndirilən G.Hüseynovanın sifarişi ilə törətdiyini bildirib: "Günel mənə pul və maşın vəd etmişdi, lakin o, vədinə əməl etmədi".

Daha sonra məhkəmə iclasında şahidlər dindirilib.

Proses oktyabrın 4-də davam edəcək.

Qeyd edək ki, bu ilin yanvarında 1965-ci il təvəllüdlü Nametzadə Məryəm Tofiq qızının yaşadığı mənzilində üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Keçirilmiş əməliyyatla cinayəti mərhumun qızı 1988-ci il təvəllüdlü G. Hüseynova, qohumu (bacısı oğlu), 1998-ci il təvəllüdlü N. Eyvazov və 1997-ci il təvəllüdlü C. Əsgərovun törətdiyi müəyyənləşib.

Qətlə yetirilən M. Nametzadə qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olub. O, Bakıdakı “Jewellery” zinət əşyaları mağazasının sahibi olub, "Qızıl Məryəm" ləqəbi ilə tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR