Xarici ölkələrdə müalicə olunmaq istəyənlərin sayı azalıb

Xarici ölkələrdə müalicə olunmaq istəyənlərin sayı azalıb
# 19 sentyabr 2016 09:48 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Respublikadan kənara müalicəyə getmək üçün komissiyaya müraciətlər ilbəil azalır”.

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasının sədri Nəsib Quliyev deyib. O bildirib ki, Azərbaycanda dünyada mövcud olan əksər müalicə üsulları, son model avadanlıqlar var ki, bu da başqa ölkələrə müalicəyə getmək istəyənlərin sayının azalmasına gətirib çıxarır.

N. Quliyev qeyd edib ki, il ərzində 1 və ya 2 nəfər ölkə xaricinə müalicəyə göndərilir: “Əsasən xüsusi mürəkkəb xəstəliyi olan şəxslər xarici ölkələrə müalicəyə göndərilir. Başqa ölkəyə müalicəyə göndəriş üçün ciddi və obyektiv səbəblər olmalıdır”.

Komissiya sədri onu da qeyd edib ki, xəstələr əsasən Rusiya, İran, Türkiyə və Ukraynaya göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR