Həsən Ruhani: “İranın neft ixracı sanksiyadan əvvəlki dövrdəki həcmə çatacaq”

Həsən Ruhani: “İranın neft ixracı sanksiyadan əvvəlki dövrdəki həcmə çatacaq”
# 08 may 2016 10:13 (UTC +04:00)

Bakı-APA. Yaxın vaxtlarda İranın neft ixracı sanksiyadan əvvəlki dövrdəki həcmə çatacaq.

APA-nın “Shana” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani İran parlamentinin yeni seçilmiş deputatlarının iştirakı ilə keçirilən konfransda bildirib.

H. Ruhani beynəlxalq banklararası hesablarla bağlı problemin də yaxın vaxtlarda qismən həllini tapacağını söyləyib.

Qeyd edək ki, sanksiyalardan əvvəl 2012-ci ildə İranın gündəlik maksimum neft ixracı 2,5 milyon barel olub. Sanksiyalar nəticəsində neft ixracı gündəlik 1 milyon barelə düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR