Deputatlığa namizəd Fəzail Ağamalı seçicilərlə növbəti görüşünü keçirib - FOTO

Deputatlığa namizəd Fəzail Ağamalı seçicilərlə növbəti görüşünü keçirib - <span style="color: red;">FOTO
# 17 oktyabr 2015 11:57 (UTC +04:00)

Bakı – APA. Bu gün 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd, millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Xələc inzibati ərazilərində seçicilərlə növbəti görüşünü keçirib.

Partiyadan APA-ya verilən məlumata görə, yüzlərlə seçicinin iştirakı ilə baş tutan görüşün əvvəlində namizədin səlahiyyətli nümayəndəsi Əbülfəz Bədəlov Fəzail Ağamalının son beş ildə millət vəkili kimi gördüyü işlərlə bağlı seçicilərə hesabat xarakterli ətraflı məlumat verib.

Bildirilib ki, son beş il ərzində Fəzail Ağamalı ona müraciət edən seçicilərin problemlərinin həllində yaxından iştirak edib. Kənd ağsaqqallarından Salyan Ağsaqqallar Şurasının sədr müavini Hacı Oqtay Məmmədov, kənd ziyalısı Əliqardaş Bayramov, təqaüdçü Balabəy Əliyev və digər şəxslər çıxış edərək, kəndlərində yaradılmış yüksək şəraitə görə ölkə başçısı İlham Əliyevə təşəkkürlərini bildiriblər, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və Fəzail Ağamalıya səs verməyə çağırıblar.

Görüşdən sonra F. Ağamalı Qarabağ müharibəsinin iştirakçısı Raman Məmmədovun dəvətilə onun ev şəraiti ilə tanış olub. F.Ağamalı müharibə veteranını əmin edib ki, seçkilərdən sonra tikilməkdə olan yarımçıq qalmış evin başa çatdırılması ilə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldıracaq və lazımi köməklik göstərilməsi üçün konkret addımlar atılacaq.

Görüşdə F. Ağamalının vəkilləri – Qulu Novruzov, Xidmət Orucov və Yavər Hüseynov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR