Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Arif Hacılıya xəbərdarlıq edilib - YENİLƏNİB-1

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Arif Hacılıya xəbərdarlıq edilib - <span style="color: red;">YENİLƏNİB-1
# 13 yanvar 2016 13:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Müsavat başqanı Arif Hacılının DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmasının səbəbi məlum olub.

Partiyadan APA-ya verilən xəbərə görə, A. Hacılıya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimovla görüşdə bildirilib ki, son günlər Siyəzən, Lənkəran və digər rayonlarda baş verən kütləvi etirazların təşkilində Müsavat Partiyasının rolu barədə məlumatlar var. S. Əzimov Müsavat başqanına bununla bağlı xəbərdarlıq edib.

A. Hacılı isə kütləvi aksiyalar haqqında partiyanın qərar verilmədiyini deyərək, Müsavat Partiyası tərəfindən kütləvi aksiyaların keçirilməsinə dair qərar qəbul edildikdə, bununla bağlı Konstitusiyaya uyğun olaraq müvafiq dövlət orqanlarına rəsmi məlumat veriləcəyini bildirib.

***

saat 15.18

Bakı. Etibar Məmmədov - APA. Bu gün Müsavat başqanı Arif Hacılı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Müsavat Divanının üzvü Nemət Kərimli APA-ya açıqlamasında bildirib ki, A. Hacılının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi general Seyfulla Əzimovla görüşü artıq başa çatıb.

Onun sözlərinə görə, görüşün təfərrüatları ilə bağlı partiyanın mətbuat xidməti məlumat yayacaq.

***

saat 14.58

Bakı. Etibar Məmmədov – APA. Müsavat başqanı Arif Hacılı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılıb.

Bu barədə APA-ya Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.

Onun sözlərinə görə, bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gəlib və A. Hacılını idarəyə dəvət ediblər: “Onun idarənin rəisi, general Seyfulla Əzimovun dəvəti ilə çağırıldığı bildirilib”.

G. Aslanlı qeyd edib ki, A. Hacılı hazırda generalın qəbulundadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR