Məhəmməd Cavad Zərif: "İran raket potensialını artıracaq"

Məhəmməd Cavad Zərif: "İran raket potensialını artıracaq"
# 26 mart 2016 15:58 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. ABŞ-ın İranın raket proqramına dair atdığı son addımlara cavab olaraq, İran öz raket potensialını daha çox artıracaq. APA-nın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

“Biz öz raket proqramımızın inkişafı üçün heç bir məhdudiyyət tanımırıq. Çünki, bu proqramın nüvə silahı ilə heç bir əlaqəsi yoxdur”, - deyə Məhəmməd Cavad Zərif bildirib.

Ağ evdə prezident seçkiləri ilə əlaqədar baş verəcək dəyişikliklərin Nüvə Proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planına (HBFP) mümkün təsirinə gəldikdə isə İran XİN rəhbəri bildirib ki, HBFP ABŞ hökumətinin hüquqi öhdəliyidir və Ağ Evdə kimin rəhbər olacağından asılı deyil. “ABŞ hökuməti üzərinə götürdüyü öhdəliyi əməldə yerinə yetirməyə borcludur. Bu öhdəlik kağız üzərində qalmamalıdır”, - deyə Məhəmməd Cavad Zərif bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR