Ağsu sakini çayda boğulub

Ağsu sakini çayda boğulub
# 05 aprel 2016 09:50 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağsu sakini çayda boğulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 4-də Lələkeç çayının Ağsu rayonunun Nuran kəndindən keçən hissəsindən kənd sakini Pərvin Nəsirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb. Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR