Konqresmen: "Erməni silahı qüvvələrinin Azərbaycan torpaqlarından tamamilə çıxarılmasını ehtiva edən həllin tapılması vaxtıdır"

  Konqresmen: "Erməni silahı qüvvələrinin Azərbaycan torpaqlarından tamamilə çıxarılmasını ehtiva edən həllin tapılması vaxtıdır"
# 08 aprel 2016 16:58 (UTC +04:00)


Bakı - APA. Amerikalı konqresmen Donald Peyn (Donald M. Payne) Ermənistanın Azərbaycana qarşı hərbi fəaliyyətləri barədə növbəti bəyanat yayıb.

APA-nın məlumatına görə, konqresmen bəyanatında Azərbaycan hökumətinin birtərəfli qaydada atəşkəs elan etmək qərarını alqışladığını bildirib.

"Bu qərardan sonra Ermənistan hərbi əməliyyatları dayandırdı. Ermənistan sülhə riayət etməlidir və müharibə vəziyyətinə qayıtmamalıdır. Artıq erməni silahı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından tamamilə çıxarılmasını özündə ehtiva edən uzunmüddətli həllin tapılmasının vaxtıdır", - deyə konqresmen vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR