Ötən ay Novorossiysk limanından xam neftin ixracı iki dəfədən çox azalıb

Ötən ay Novorossiysk limanından xam neftin ixracı iki dəfədən çox azalıb
# 01 aprel 2016 16:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin mart ayında SOCAR Novorossiysk limanından 79 678 ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, 2015-ci ilin mart ayı ilə müqayisədə 2,13 dəfə azdır.

Ümumilikdə, bu ilin yanvar-mart ayları ərzində Novorossiysk limanından 79 936 ton xam neft ixrac edilib. Bu, ötən ilin 3 ayı ilə müqayisədə 5,30 dəfə azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR