Bakıda keçiriləcək Avropa çempionatının püşkü atılıb

Bakıda keçiriləcək Avropa çempionatının püşkü atılıb
# 08 aprel 2016 11:00 (UTC +04:00)

Bakı – APA. Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının ölkəmizdə keçiriləcək final mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə 16 komanda 4 qrupa bölünüb.

Mərasimdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təşkilat Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər. UEFA rəsmisi Lensi Kelli və müğənni Röya Ayxanın gerçəkləşdiyi püşkatmada İtaliya futbolunun əfsanəsi Françesko Toldo da iştirak edib.

Azərbaycan yığması meydan sahibi püşksüz A qrupunun 1-ci komandası olub. Bu qrupun digər 3 komandası, həmçinin B, C və D qruplarını təşkil edən “dördlük”lər püşklə müəyyənləşib. Təbriz Həsənovun yetirmələri Portuqaliya, Şotlandiya, Belçika ilə eyni qrupda mübarizə aparacaq.

A qrupu

Azərbaycan

Portuqaliya

Belçika

Şotlandiya

B qrupu

Ukrayna

Almaniya

Avstriya

Bosniya və Herseqovina

C qrupu

Fransa

Danimarka

İngiltərə

İsveç

D qrupu

İtaliya

Serbiya

Hollandiya

İspaniya

Qeyd edək ki, püşkatma nəticəsində qrup mərhələsinin təqvimi də bəlli olub. Bu raundun ilk turu mayın 5-6-da, növbəti turu 8-9-da, son matçları 11-12-də keçiriləcək. Hər gün 2 qrupun hərəsində 2 matç – yəni 4 oyun baş tutacaq. Hər qrupdan iki komandanın yüksəldiyi 1/4 final ayın 14-15-də, yarımfinal 18-də, final isə 21-də keçiriləcək. Çempionatın oyunları Bakı Olimpiya Stadionu, “Dalğa Arena”, “Qarabağ Stadium” və 8-ci km qəsəbə stadionunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR