Adam öldürmək istəyən şəxslərə hökm oxunub

Adam öldürmək istəyən şəxslərə hökm oxunub
# 01 mart 2016 13:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bun gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Ələkbər Mustafayev və Tural Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Ə. Mustafayev 16 il, T. Babayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər tanışları Fərhad Abdıyevi öldürməyə cəhd ediblər. Onlar Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə əsasən ittiham olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR